mobil versiya

Azərbaycan və Slovakiya Müdafiə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib



2024-cü il mayın 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Slovakiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

KARUSEL / SİYASƏT
Tarix: 14-06-2024, 14:18