mobil versiya

“Rosaviasiya”nın rəhbəri Dmitri Yadrov açıqlama verib



“Rosaviasiya” Aktauda qəzaya uğrayan təyyarənin Çeçenistana niyə eniş etmədiyinə aydınlıq gətirib.

Bu barədə “Rosaviasiya”nın rəhbəri Dmitri Yadrov açıqlama verib.
O bildirib ki, həmin vaxt Qroznı hava limanı üzərində səmanı sıx duman tutub.
“Aeroport ərazisində 500 metr yüksəklikdə sıx duman olub. “Azərbaycan Hava Yolları”nın təyyarəsinin ekipaj komandiri belə şəraitdə təyyarəni endirmək üçün iki cəhd edib və hər ikisi uğursuz alınıb. Həmin gün və həmin saatlarda Qroznı aeroportu ərazisində vəziyyət çox çətin idi. Bu zaman Ukraynanın döyüş PUA-ları Qroznı və Vladiqafqaz şəhərlərində mülki infrastruktura terror hücumları həyata keçirib. Bununla əlaqədar Qroznı hava limanının ərazisində bütün təyyarələrin qeyd olunan ərazidən dərhal yola salınmasını nəzərdə tutan “Xalça” rejimi tətbiq edilib. Komandirə başqa hava limanları təklif edilib. O, Aktau hava limanına getməyə qərar verib. Birgə araşdırılmalı olan bir çox müxtəlif hallar var. Biz həmkarlarımızla birgə bu işə tam hazırıq”, – Yadrov bildirib.

KARUSEL / HADİSƏ
Tarix: Dünən, 16:22