Ötən il qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 7 milyondan artıq siqaret aşkar edilib
Gömrük orqanları tətəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ötən il-2024-cü il ərzində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 7 256 037 ədəd xaricdə istehsal olunan siqaretlər, 13 266 litr spirtli içkilər, 105721,715 litr energetik içkilər, həmçinin aksiz markalarının tətbiqi qaydalarının pozulması halları ilə əlaqədar Azərbaycan Respublikasının aksiz markası ilə markalanmış 292 litr spirtli içki saxlanılıb.
Reportyor.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Eləcə də, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 760 000 ədəd aksiz markası ilə markalanmamış və ya məcburi nişanlanma ilə nişanlanmamış tütün məmulatları və 300 000 ədəd saxta aksiz markaları da qanunsuz dövriyyədən götürülüb.
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 14:52