mobil versiya

Aksiz markasız siqaretlər aşkar edilib




Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşına məxsus nəqliyyat vasitəsinə və fərdi yaşayış evinə baxış keçirilib.


Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Baxış zamanı Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan ümumilikdə 410740 ədəd siqaret aşkar edilib.
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 12:39