Yararsız siqaretlər məhv edilib
Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan yararsız siqaretlər məhv edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Gömrük orqanları tərəfindən saxlanılmış, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 34554 qutu (691080 ədəd) xarici markalı siqaretlər istifadəyə yararsız olduğu üçün Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə yandırılaraq məhv edilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 31-07-2024, 18:07