mobil versiya

Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkar edilib



Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkar edilib.
Reportyor.az xəbər verirki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhəri, Nizami rayonu ərazisində nəqliyyat vasitəsindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 26 adda, ümumilikdə 87760 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


KARUSEL / HADİSƏ
Tarix: Dünən, 13:16