Saat 9:00-a olan faktiki hava - Əsasən yağmursuz keçib
Reportyor.az quruma istinadla xəbər verir ki, düşən yağıntının miqdarı Şuşa, Kəlbəcər, Xocalı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Dağlıq ərazilərə yağan qarın hündürlüyü tədricən əriyərək Lerikdə 64, Qrızda 19, Yardımlıda 14, Xaltanda 5, Xaltan, Qusarda (Laza) 4, Altıağacda 3, Xınalıq, Gədəbəydə 2 sm-dir.
Daşkəsən, Şəmkir, Şəki, Şamaxı, Lerik, Göygöl, Qaxda duman müşahidə olunur.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 7, Naxçıvan MR-da və dağlıq rayonlarda 10, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta qeydə alınıb.
KARUSEL / ÖLKƏ
Tarix: Dünən, 10:08