Hazırda Azərbaycan 54 orta gəlirli ölkələr sırasındadır
![](/uploads/posts/2025-02/1739170064_1739170018519.png)
Reportyor.az Azərtac-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Dünya inkişafı haqqında hesabat”ın təqdimatı zamanı deyib.
O bildirib ki, Azərbaycan hazırda 54 orta gəlirli ölkələr sırasındadır.
“Bu, qısa müddətdə çox əla nailiyyətdir. Bildiyiniz kimi, 90-cı illərdə ÜDM-in yarısından çoxu itirilmişdi. 1992-də Dünya Bankı ilə əməkdaşlığa başladıqdan sonra Azərbaycan çox ciddi transformasiyadan keçib. Dünya Bankı Azərbaycanın çox ciddi tərəfdaşı olub, o cümlədən səhiyyə, kənd təsərrüfatı sahələrində layihələrində həyata keçirilməsində çox yaxından iştirak edib. Dünya Bankı gələcəkdə innovasiyaların dəstəklənməsində bizim əsas tərəfdaşlarımızdan biri olaraq qalacaq”, - deyə Ş.Mövsümov qeyd edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 11:16