Azərbaycanda keçən il nə qədər çörək istehsal edilib?
![](/uploads/posts/2025-02/1739188781_1739188681186.png)
Ötən il Azərbaycanda 1,197 milyon ton çörək istehsal edilib.
Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, çörək istehsalı əvvəlki ilin göstəriciləri ilə müqayisədə 1,044 min ton və ya 0,1% artıb. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal edilmiş çörəyin həcmi 1,196 min ton olub.
Bununla yanaşı ötən il Azərbaycanda 1,363 milyon ton buğda unu istehsal edilib ki, bu da, illik müqayisədə 35,7 min ton, yaxud da 2,7% çoxdur. 2023-cü ildə Azərbaycanda istehsal edilmiş buğda ununun həcmi 1,328 milyon ton idi.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 16:44