26 min müəllim bu il sertifikatlaşdırmaya cəlb ediləcək
![](/uploads/posts/2025-02/1739350261_1739350202846.png)
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək.
Reportyor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq 65 minə qədər təhsilverən sertifikasiyaya cəlb olunub.
"Onlardan 55 min nəfərin maaşına əlavələr edilib. Təxminən 5 min müəllim isə sertifikasiyadan keçə bilmədiyi üçün onların əmək müqaviləsinə xitam verilib”, deyə o əlavə edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:06