mobil versiya

Yanvar ayında Bakı metrosundan istifadə edən sərnişinlərin sayı açıqlanıb



Yanvar ayında Bakı metrosundan 17,98 milyon sərnişin istifadə edib.

Reportyor.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Ötən ilin yanvar ayı ilə müqayisədə 4,6 faiz artım qeydə alınıb.
QSC-dən bildirilib ki, metro nəqliyyatında ən sıx sərnişin istifadəsi yanvarın 10-da qeydə alınıb. Belə ki, həmin gün 710 min 773 sərnişin metrodan istifadə edib. Ən az sərnişin istifadə etdiyi gün 367 min 897 nəfərlə yanvarın 19-da qeydə alınıb.


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:22