Pakistanda kömür mədənçilərini daşıyan avtomobilə bomba qoyulub, 9 işçi ölüb

Pakistanın Bəlucistan əyalətinin şimal-şərq hissəsindəki Harnai şəhərinin Şahraq bölgəsində yola qoyulmuş bombanın partlaması nəticəsində azı 9 işçi həlak olub, 6 nəfər yaralanıb.
Reportyor.az bildirir ki, bu barədə Geo News xəbər yayıb.
Harnai komissarının müavini Həzrət Vəli Kakar kömür mədənçilərini daşıyan avtomobilin yaxınlığında baş verən partlayışla bağlı xəbərləri təsdiqləyib. Yerli hüquq-mühafizə orqanları partlayıcı maddələrin, bəlkə də evdə hazırlanan partlayıcı qurğunun yolda qoyulduğunu bildirib.
Təhlükəsizlik əməkdaşları meyitləri və yaralıları tibb müəssisələrinə təhvil verdikdən sonra ərazini mühasirəyə alıblar. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralıların Kvettaya köçürülməsi üçün tədbirlər görülür.
Son vaxtlar kömür mədənlərinin yerləşdiyi Şahraq ərazisində çoxsaylı partlayışlar qeydə alınıb. Bununla belə, son partlayışda dəyən itkilərin əvvəlki partlayışlardan xeyli böyük olduğu bildirilir.
Mədən departamentinin rəsmiləri bildiriblər ki, hadisə zamanı zərər çəkən şaxtaçıların əksəriyyəti Svat və Şanqlaya məxsusdur.
KARUSEL / DÜNYA
Tarix: 14-02-2025, 10:24