Televiziyada yayımlanan proqramlarla bağlı Audiovizual Şuraya daxil olan müraciətlərin sayı açıqlanıb

Ötən il vətəndaşlar tərəfindən televiziyada yayımlanan proqramlarla bağlı Audiovizual Şuraya 124 müraciət daxil olub, onlardan 85-i tam cavablandırılıb.
Reportyor.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, vətəndaşların şikayətləri müvafiq olaraq yayımçılara yönləndirilib. “Üç şikayətlə bağlı hüquqi tədbir görülüb və kanallara sanksiya tətbiq edilib. Beş şikayətlə bağlı isə kanallara tövsiyə verilib”, - deyə o əlavə edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 14-02-2025, 12:40