mobil versiya

“ARB”nin yayımının 3 saatlıq dayandırılması barədə qərar verilib





Audiovizual Şuranın videoformatda iclası keçirilib.
Bu barədə "Report"a Şuradan məlumat verilib.
İclasda qeyri-dəqiq reklam yayımı faktı ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Şuraya daxil olmuş məktub və həmin məktuba əsasən həyata keçirilmiş monitorinqin nəticələri müzakirə olunub.
Belə ki, 17 fevral 2023-cü il tarixində “ARB” televiziya redaksiyasının efirində nümayiş olunan teleticarət blokunun daxilində yayımlanan “Məhəmməd Əfəndiyev, Varikoz mərkəzi - Varikozdan lazer üsulu ilə azad olun” məzmunlu reklam materialında “Klinikamızda bütün xəstəliklərə çarə var” ifadəsinin işlədilməsi ilə qeyri-dəqiq reklama yol verilib.
Müzakirələrin yekunu olaraq Audiovizual Şurası “Reklam haqqında” qanunun 7.2-ci maddəsini, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq “ARB 24” Məhdud Məsuliyyətli Cəmiyyətinin “ARB” televiziya redaksiyasının proqramlarının yayımının 16 aprel 2023-cü il tarixdə saat 13.00-dan saat 16.00-dək 3 (üç) saatlıq dayandırılması ilə bağlı qərar qəbul edib.
Bu qərarla bağlı qanunvericiliyin tələbini pozmuş yayımçıya məlumat verilmiş, habelə digər yayımçılara da bu məsələdə diqqətli olmaları tövsiyə olunub.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 12-04-2023, 15:27