“Lazer Beauty Klinikası”nda yoxlama aparılıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Lazer Beauty Klinikası”nda yoxlama aparılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilib.
Klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 14-02-2025, 13:28