İraq və NATO hərbi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib

İraq ordusunun baş qərargah rəisi general-leytenant Əbdül Əmir Rəşid Yarallah və NATO-nun İraqdakı missiyasının komandanı general-leytenant Lukas Şvayzer hərbi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
Reportyor.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirliyin açıqlamasında deyilir ki, tərəflər təlim səviyyəsində tərəfdaşlığın genişləndirilməsi, təcrübənin təmin edilməsi və İraq ordusunun imkanlarının inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
KARUSEL / DÜNYA
Tarix: 17-02-2025, 10:20