Bakıda Azərbaycan-İraq biznes forumu keçiriləcək
Azərbaycan və İraq yaxın vaxtlarda Bakıda növbəti biznes forumun keçirilməsi barədə razılığa gəlib.
Bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
O, İraq Ticarət Palataları Federasiyasının sədri Əbdül Rəzzaq əl-Zuheyri ilə görüş keçirdiyini qeyd edib:
“Biz ölkələrimiz arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətini müzakirə etdik, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı investisiyaların təşviqi imkanlarını araşdırdıq. Yaxın vaxtlarda növbəti Azərbaycan-İraq biznes forumunun Bakıda keçirilməsi barədə razılığa gəldik”.
Xatırladaq ki, Azərbaycan və İraq hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın 3-cü iclası çərçivəsində 2023-cü ilin dekabrında Bağdadda ilk Azərbaycan-İraq biznes forumu baş tutub.(report)
KARUSEL / İQTİSADİYYAT

Tarix: 5-07-2024, 15:39