QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dək təqdim etməlidir

Reportyor.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciətində deyilir.
Müraciətdə bildirilir: “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun”un 12.3-cü maddəsinə əsasən terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi qrant və ianə alarkən, habelə verərkən risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə təqdim edilməlidir.
Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi QHT-lərə birgə müraciət edərək, nəzərdə tutulmuş müddəti ötürməməyi, 2025-ci il aprelin 1-dək qeyd olunan maliyyə hesabatlarını təqdim etməyi tövsiyə edir”.
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-02-2025, 13:23