Ədliyyə Nazirliyinə yeni səlahiyyət verilib
"Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"na dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra qeyri-hökumət təşkilatları, o cümlədən, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və yaxud nümayəndəlikləri qrant və ianələr, həmçinin, onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını hər il aprelin 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə də təqdim edəcək.
İndiyə qədər bu hesabatlar yalnız Maliyyə Nazirliyinə təqdim edilirdi.
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-07-2024, 12:52