Misli Premyer Liqasında XXIV tura start veriləcək

Bu gün Misli Premyer Liqasında 24-cü tura start veriləcək.
Reportyor.az xəbər verir ki, ilk gündə bir matç keçiriləcək. Turun açılış oyununda “Neftçi” “Sumqayıt”ı qəbul edəcək.
Hazırda qonşu pillələrdə qərarlaşan komandalar arasında 2 xallıq fərq var. "Neftçi" 24 xalla altıncı, "Sumqayıt" isə 22 xalla yeddinci pillədə qərarlaşıb.
Kubok da nəzərə alınsa, “Gənclik şəhəri”nin təmsilçisi 9 matçdır qol vura bilmir. Vaqif Cavadovun komandası sonuncu dəfə ötən il dekabrın 8-də elə “Neftçi” ilə matçda fərqlənib və qələbə qazanıb.
Cari mövsüm bu komandaların qarşıdurmasında “Sumqayıt”ln üstünlüyü var. Öz meydanında 2-0 hesablı qələbəyə sevinən “Gənclik şəhəri”nin təmsilçisi, səfərdə də heç-heçəyə nail ola bilib.
Qeyd edək ki, turun digər oyunları fevralın 22-si və 23-də keçiriləcək.
KARUSEL / İDMAN
Tarix: 21-02-2025, 09:37