mobil versiya

Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub



Rusiyanın Novorossiysk dəniz limanında iki gəmi toqquşub, onlardan biri yüngül zədələnib.

Reportyor.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata əsasən, Qara dənizdə tanker yük gəmisinə çırpılıb. Toqquşmadan sonra gəmilər bir neçə saat bir-birinə kilidlənmiş vəziyyətdə qalıb. Qəzanın əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi bildirilir. Belə ki, güclü dalğaların təsiri ilə gəmilərdən biri lövbərdən çıxaraq digərinə çırpılıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.
Qeyd edilib ki, Novorossiysk limanında toqquşan gəmilər “NATIG ALIYEV” tankeri və “BEGONIA S” quru yük gəmisidir.




KARUSEL / HADİSƏ
Tarix: Dünən, 16:28