Qırmızı dənizdə ABŞ-a məxsus yük gəmisinə hücum edilib
Husilər Qırmızı dənizdə ABŞ-a məxsus yük gəmisinə raket hücumu həyata keçirib.
“Al Masirah” telekanalı xəbər verir ki, bu barədə Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının nümayəndəsi Yəhya Sari bildirib.
Sarinin sözlərinə əsasən, raket zərbələri dəqiq və dağıdıcı olub. Zərbələr, gəmi əleyhinə raketlərdən istifadə edilməklə ABŞ-a aid olan “Star İris” ticarət gəmisinə endirilib.(apa)
KARUSEL / DÜNYA
Tarix: 12-02-2024, 13:00