Husilərə endirilən zərbələrin əsas hədəfi dron, raket və radarlardır
Yəmənin husilərin nəzarətində olduğu ərazilərinə endirilən zərbələrin əsas hədəfi dron, raket, radar və müşahidə qurğularıdır.
Bu ABŞ-nin müdafiə naziri Lloyd Ostinin bəyanatında bildirilib.
“Bu əməliyyat husilərin dənizçiləri təhlükə altına salmaq və dünyanın ən vacib su yollarından birində dünya ticarətini təhdid etmək imkanlarını pozmaq və dağıtmaq məqsədi daşıyır”, – Ostinin bəyanatında diqqətə çatdırılıb.
Qeyd edək ki, ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan “Ənsar Allah” hərəkatının (husilər) obyektlərinə qarşı əməliyyata başlayıb. Hücum xüsusilə Hudeyda limanının kənarında həyata keçirilib. Hudeydanın şərqində husilərin hədəflərinə 5 hava hücumu təşkil edildiyi də vurğulanıb.(report)
KARUSEL / DÜNYA
Tarix: 12-01-2024, 09:22