Husilər BMT təyyarəsinin enməsinə imkan verməyib
Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının üzvləri – husi üsyançıları BMT təyyarəsinin ölkənin şərqindəki Marib əyalətinin hava limanına enməsinə imkan verməyib.
Husilər ikinci dəfədir BMT təyyarəsinin bir hissəsi üsyançıların nəzarətində olan Marib əyalətinə enməsinə mane olur.
Livanın “Əl Mayadeen” telekanalının yaydığı məlumata görə, ABŞ və Böyük Britaniya vətəndaşlarından ibarət BMT əməkdaşlarına husilərin nəzarətindəki bölgələri tərk etmələri üçün bir ay vaxt verib.
Qəzza sektorunda HƏMAS hərəkatı ilə İsrail ordusu arasında qarşıdurmasının şiddətlənməsindən sonra husilər Fələstin eksklavında əməliyyatlar dayandırılana qədər İsrailə zərbələr endirəcəklərini və bu ölkəyə üzən gəmilərin Qırmızı dənizdən keçməsinə imkan verməyəcəklərini bildiriblər.
KARUSEL / DÜNYA
Tarix: 24-01-2024, 14:00