Bu rayonlarda heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub

Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 17-21 fevral tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Lənkəran və İmişli rayonlarında fəaliyyət göstərən 2 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Reportyor.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir |
Lənkəran rayonu üzrə | |||
Babayev Asim Sərhad oğlu | Səpnəkəran kəndi | İnzibati protokol tərtib edilib | |
İmişli rayonu üzrə | |||
Mejdunov Murad Rafiq oğlu | İmişli şəhəri, P.Həsənov və N.Savalanov küçələrinin kəsişməsi | İnzibati protokol tərtib edilib |

KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-02-2025, 14:02