Bu gün ilk yarımfinalçılar bəlli olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları keçiriləcək.
Reportyor.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.
İlk olaraq meydana “Qarabağ” və “Səbail” kollektivləri çıxacaqlar. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 16:00-da başlayacaq. Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər oyunda isə “Sumqayıt” doğma meydanda “Sabah”ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək. İlk görüşdə qolsuz heç-heçə qeydə alınıb.
Qeyd edək ki, fevralın 28-də reallaşacaq 1/4 finalın digər cavab oyunlarında “Araz-Naxçıvan” “Zirə”nin, “Kəpəz” isə “Neftçi”nin qonağı olacaq.
KARUSEL / İDMAN
Tarix: Dünən, 11:07