Hüseyn Abdullayevə yenidən 9 il həbs cəzası verilib

7 ilə yaxındır həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevə yenidən daha 9 il həbs cəzası kəsilib.
Reportyor.az xəbər verir ki, fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Sabiq deputat 5.5 milyonluq vəsaiti leqallaşdırmaqda ittiham olunur.
Məhkəmədən ədalətli qərar çıxarmasını və bəraət istəyib. Məhkəməyə sağlamlığındakı problemlərlə əlaqədar Bakı İstintaq Təcridxanasından onlayn qaydada qatılan H.Abdullayevin son sözü də qısa olub.
Prokuror ona daha 10 il əlavə cəza verilməsini tələb edib. Prokuror cinayət yoluyla əldə edilmiş 5.5 milyonluq vəsaitin leqallaşdırılmasıyla bağlı sabiq deputata verilən ittihamın məhkəmədə sübuta yetirildiyini də deyib.
Fevralın 13-də H.Abdullayevin müdafiəçiləri prokurorun istədiyi cəzaya münasibət bildirəcək, ardından sabiq deputat özü son sözünü deyəcək və hökm oxunacaq.
H.Abdullayev 2018-ci il aprelin 18-də Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması və s. ittihamlarla 6 il azadlıqdan məhrum edilib.
Ötən il bu cəzanın başa çatmasına 40 gün qalmış, onun haqqında yenidən cinayət işi başlanıb və keçmiş deputata Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsiylə ittiham verilib.
Söhbət 5.5 milyonluq vəsaitin leqallaşdırılması ittihamıyla bağlı məhkəmə prosesindən gedir. Sabiq deputata verilən bu ittihama yarım ilə yaxındır Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ancaq H.Abdullayevin özünü məhkəməyə gətirmirlər. O, sağlamlığındakı problemlər üzündən saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəməyə qatılır.
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 13:51