Qədr gecələrinin vaxtı məlum olub

Bu il ilk Qədr gecəsi martın 18-nə təsadüf edəcək.
Reportyor.az Qafqaz Müsəlmanlar İdarəsinə istinadən xəbər verir ki, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) növbəti Qədr gecələri olacaq.
Eyni zamanda Azərbaycanda martın 30-31-i isə Ramazan bayramı qeyd ediləcək.
Qeyd edək ki, Qafqaz Müsəlmanlar İdarəsi Ramazan ayı ilə bağlı fətva verib.
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 14:20