mobil versiya

Azərbaycanla bu ölkə ilə diplomatik pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında saziş imzalayıb



Azərbaycan və Şimali Makedoniya hökumətləri arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.

Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Saziş Azərbaycan XİN başçısı Ceyhun Bayramovla Şimali Makedoniyanın xarici işlər naziri Timço Mutsunski arasında imzalanıb.

KARUSEL / SİYASƏT
Tarix: 12-03-2025, 11:48