Azərbaycanla Qambiya diplomatik pasportlara malik şəxslərə vizasız gediş-gəliş tətbiq edib
Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il mayın 4-də Bancul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilməsi ilə bağlı Sərəncam imzalayıb.
KARUSEL / SİYASƏT
Tarix: 15-07-2024, 13:56