mobil versiya

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq



Akademik Həsən Əliyev küçəsi – metronun “Koroğlu” stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli və Mirzə Uluqbəy küçələrinin kəsişməsindəki (“Şəki” restoranının qarşısında) dairədə aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar martın 17-si saat 06:00-dan etibarən Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Reportyor.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər yayıb.

Sürücülərdən sözügedən ərazidə yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-03-2025, 11:34