Almaniya: Rusiyanın Ukraynanın enerji şəbəkəsini əsirgəməyəcəyinə dair vəd heç bir əhəmiyyət kəsb etmir

Almaniyanın müdafiə naziri bildirib ki, Rusiya prezidentinin Ukraynanın enerji obyektlərinə hücumu müvəqqəti dayandırması ilə bağlı razılaşma heç nə sayılmır və ABŞ prezidenti Donald Tramp Vladimir Putindən daha böyük güzəştlər qazanmalı olacaq.
Reportyor.az xəbər verir ki, bunu nazir Boris Pistorius Almaniyanın ZDF telekanalına müsahibəsində deyib: “Bu əsas və möhtəşəm telefon danışığından sonra ilk gecədə mülki infrastruktura hücumlar səngiməyib. Putin burada oyun oynayır və mən əminəm ki, Amerika prezidenti daha çox oturub baxa bilməyəcək”.
KARUSEL / DÜNYA
Tarix: 19-03-2025, 11:29