Valideyn himayəsindən məhrum olmuş 283 nəfər evlə təmin edilib

Son 5 ildə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş 283 nəfər evlə təmin edilib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.
O qeyd edib, son 5 ildə yaşı 65-dən yuxarı olan şəxslərə sosial xidmətlər göstərilib:
"3 580 vətəndaşa evdə səyyar xidmət göstərilib. Onların arasında 100 yaşı olan şəxslər var".
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 30-06-2025, 11:54