mobil versiya

İtaliyada gün ərzində koronavirusdan 250 nəfər öldü




İtaliyada son gün ərzində koronavirusdan ölənlərin sayı 250 nəfər təşkil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin başçısı Ancelo Borrelli bildirib.

O, qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 1 266 nəfərə çatıb.

Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 14 955 nəfərdir.

Daha əvvəl koronavirusdan 1 016 nəfərin öldüyü, 12 839 nəfərin yoluxduğu bildirilirdi.

KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 14-03-2020, 01:09