Rusiya pilotsuz təyyarəsinin hücumu Ukraynanın Odessa vilayətində qaz kəmərini zədələyib

Rusiya pilotsuz təyyarəsinin hücumu Ukraynanın cənubundakı Odessa vilayətində qaz infrastrukturuna və magistral qaz kəmərinə ziyan vurub, yanğına səbəb olub.
Bu barədə qubernator Oleh Kiper bildirib.
Kiper Telegram-da yazıb ki, hazırda qazın sistemdən buraxılması üzrə işlər aparılır. Magistral qaz kəmərinin zədələnməsi nəticəsində 2500 abonentin əlaqəsi müvəqqəti olaraq kəsilib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:28