Estoniya rusiyalı diplomatı ölkədən çıxarır

Estoniya Rusiya diplomatını sanksiyaları pozduğuna və dövlətə qarşı digər cinayətlərə görə ölkədən çıxarır.
Nazirlik diplomatın adını çəkmədən Rusiyanın Tallinndəki səfirliyinin birinci katibinin “persona non-qrata” elan edildiyini və Estoniyanı tərk etməli olduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksey Fadeev ölkədən çıxarılmanın düşmənçilik hərəkəti olduğunu və Moskvanın buna cavab verəcəyini bildirib.
Moskva ilə NATO və Avropa İttifaqının üzvü olan Estoniya arasında diplomatik münasibətlər Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra kəskin şəkildə pisləşib.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna açıqlamasında "Rusiya səfirliyinin Estoniya Respublikasının daxili işlərinə davam edən müdaxiləsinə son qoyulmalıdır" deyib.
Nazirlik ətraflı məlumat vermədən Estoniya vətəndaşının bu işlə bağlı cinayət törətməkdə təqsirli bilindiyini bildirib.
O, həmçinin hansı sanksiyaların pozulduğu barədə ətraflı məlumat verməyib. Qərb ölkələri Rusiyanın Ukraynaya müdaxiləsinə görə ona qarşı böyük bir sıra iqtisadi sanksiyalar tətbiq edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 13-08-2025, 15:11



























