Estoniya rus diplomatlarının sayını azaldır
“Rusiya səfirinə fevralın 1-dək rus diplomatlarının sayını 8-ə endirmək zərurəti barədə məlumat verdik”.
Bunu Estoniya Xarici İşlər Nazirliyi bildirib.
“Bu gün Estoniya Rusiya səfirini qərarla bağlı məlumatlandırıb. Bu qərara əsasən, Rusiya 2023-cü il fevralın 1-dək öz işçilərinin sayını ixtisar etməlidir. Qərarın məqsədi səfirlik işçilərinin sayında paritetə nail olmaqdır. Bu da o deməkdir ki, ölkələrin paytaxtlarında Rusiya və Estoniya nümayəndəliklərində postların sayı eyni olacaq”, – Estoniya XİN-in bəyanatında deyilir.
KARUSEL / DÜNYA
Tarix: 11-01-2023, 19:01