SON DƏQİQƏ! Rus diplomatların maşını partladıldı
Əfqanıstanda Rusiya diplomatik missiyasının avtomobili partladılıb.
REPORTYOR.AZ-ın Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, paytaxt Kabulda Rusiya səfirliyinin yaxınlığında diplomatik missiyanın avtomobili kustar üsulla düzəldilmiş partlayıcı qurğu ilə partladılıb.
İlkin məlumata görə, hədəf diplomatik missiyanın avtomobilinin qarşısında gedən Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin pikapı tipli maşını olub. Lakin, bununla belə Rusiya diplomatlarının terror hücumuna məruz qaldığı istisna olunmur.
Rusiya tərəfi Əfqanıstandan insidenti dəqiq araşdırmağı və səfirlik əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasını üçün tədbirlərin görülməsini tələb edib.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 1-12-2020, 22:27