mobil versiya

Kolleclərə qeydiyyat tarixi uzadılıb



Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi 2025-ci ilin 25 avqust (saat 18:00) tarixinədək uzadılıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbul olunan şəxslər portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Xatırladaq ki, 14 avqust saat 11:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib. (apa)

KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 16:35