2040-cı ilə qədər torpaqların böyük bir hissəsi su altında qalacaq

2021-ci ildə İspaniyanın Geologiya və Mədən İnstitutundan olan beynəlxalq tədqiqatçılar qrupu 34 ölkədə 200 yerdə torpaq çökməsi ilə bağlı məlumat toplayıb. Məlumatları təhlil etdikdən sonra alimlər yaxın gələcəkdə landşaft dəyişikliklərini əks etdirən model yaradıblar.
Bu nəticələr həyəcan vericidir: tendensiyalar davam edərsə, təxminən 12 milyon kvadrat kilometr ərazi tezliklə dəniz səviyyəsindən aşağıda olacaq. Müqayisə üçün qeyd edək ki, ABŞ və Çinin ərazisi müvafiq olaraq təqribən 9,8 və 9,5 milyon kvadrat kilometrdir, Rusiya isə 2040-cı ilə qədər azalacağı proqnozlaşdırılan ərazidən cəmi 5 milyon kvadrat kilometr böyükdür.
Cənubi Amerika, Afrika və Asiya sakinləri ən çox zərər görəcəklər. 1,2 milyarddan çox insanın yaşadığı dünyanın ən böyük şəhərlərinin təxminən 22%-i landşaft dəyişikliklərindən ciddi şəkildə təsirlənə bilər. Əvvəllər təhlükəsiz hesab edilən ərazilər gələcəkdə daşqınlara daha çox meylli olacaq.
Bəşəriyyətin bu təhlükəli problemlə üzləşməsinin qarşısını almaq üçün beynəlxalq tədqiqatçılar qrupu hökumətləri təcili olaraq torpağın çökməsi ilə mübarizə tədbirləri hazırlamağa və onları qanunla təsdiq etməyə çağırır. Konkret olaraq, bura neft, qaz və digər faydalı qazıntıların çıxarılması proqramlarının tənzimlənməsi, eləcə də yeraltı su anbarlarının tükənməsi ilə mübarizə daxildir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:37