mobil versiya

Adnan Əhmədzadənin vəkili: Hər hansı təzyiqə məruz qalmayıb



DTX tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin istintaq prosesində hüquqlarını müdafiə edən vəkilin kimliyi məlum olub

Bu, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevdir.

Şaiq Mirzəyev müdafiə etdiyi şəxsin durumu haqqında danışıb.
Onun sözlərinə görə, Adnan Əhmədzadə özünü yaxşı hiss edir: “Hər hansı təzyiqə məruz qalmayıb. Hər bir proses hüquq üzərindən aparılır”.
“Adnan Əhmədzadə ittihamları qəbul edirmi” sualına gəlincə, vəkil bu barədə danışmaq istəmədiyini deyib.(Gününsəsi.info)

KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:07