Adnan Oktar məhkəməsində ŞOK QƏRAR: 91 nəfər buraxıldı
İctimaiyyətə din xadimi kimi təqdim edilən Adnan Oktar və mütəşəkkil cinayətkar dəstəsi haqqında açılan məhkəmə prosesinin 51-ci iclası baş tutub.
REPORTYOR.AZ xəbər verir ki, 226 nəfərin ittiham olunduğu məhkəmədən 91 nəfərin buraxılmasına dair qərar çıxarılıb.
Məhkəmə Adnan Oktar da daxil olmaqla, 76 nəfərin həbs cəzasının davam etməsini istəyib.
Qeyd edək ki, mütəşəkkil cinayətkar dəstə silahlı terror təşkilatına üzv olmaq, uşaqları cinsi istismara məruz qoymaq, şantaj, çirkli pulların yuyulması, casusluq, qəsdən adamöldürməyə təşəbbüs kimi cinayətlərdə ittiham olunur.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 14-12-2019, 13:20