mobil versiya

142 əcnəbi vətəndaş Türkmənistanda yaşamaq icazəsi alıb




Prezident Serdar Berdiməhəmmədov 142 əcnəbi vətəndaşa Türkmənistanda yaşamaq icazəsi verən fərman imzalayıb.

Hökumətin iclasında bildirilib ki, bu şəxslər arasında 15 millətin nümayəndələri və 7 ölkənin vətəndaşları var. Bu qərar dövlətin humanist siyasətinin tərkib hissəsi kimi qəbul edilib və ölkənin müstəqilliyinin 34-cü ildönümünə təsadüf edib.

Qeyd olunur ki, bundan əvvəl Türkmənistanda 5152 əcnəbi və vətəndaşlığı olmayan şəxs yaşamaq üçün icazə alıb.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 26-09-2025, 15:32