mobil versiya

Türkmənistanda Azərbaycan vətəndaşlarına pasport və digər konsulluq xidmətləri göstərilib




Türkmənistanda yaşamaq üçün etibarlı sənədlərə malik olmayan, vətəndaşlıq mənsubiyyətləri Azərbaycan Respublikası tərəfindən tanınan şəxslərə və onların Türkmənistan ərazisində anadan olmuş ailə üzvlərinə zəruri konsulluq və hüquqi yardımın göstərilməsi üçün Azərbaycana getmədən ölkəmizin Türkmənistandakı səfirliyində aidiyyəti dövlət qurumlarımızın səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupu tərəfindən qəbul keçirilib.

Azərbaycanın Türkmənistandakı səfirliyindən bildiriblər ki, işçi qrup tərəfindən siyahı üzrə 43 nəfər qəbul edilib, onlardan 39 nəfərin pasport rəsmiləşdirilməsi üzrə müraciətləri müsbət cavablandırılıb, 2 nəfərin vətəndaşlıq mənsubiyyəti sorğuları müvafiq icraata yönləndirilib, 2 nəfərin müraciəti üzrə isə müvafiq maarifləndirmə işi aparılıb.
Səfirlik tərəfindən Türkmənistanda yaşayan soydaşlarımız və vətəndaşlarımızın hüquq və mənafelərinin qorunması və onların statuslarının Türkmənistan ərazisində qanuniləşdirilməsi məqsədilə işçi qrupu tərəfindən vətəndaşlara zəruri konsulluq və hüquqi yardımın göstərilməsi bu ölkədə yaşayan soydaşlarımız və vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanıb.(azərtac)

KARUSEL / CƏMİYYƏT
Tarix: 2-12-2024, 15:13