mobil versiya

Tacikistan dövlət tərəfindən dəstəklənən messencer tətbiqini işə salıb




Tacikistanın rabitə xidməti çərşənbə axşamı Rusiya və Qazaxıstandakı oxşar layihələri təqlid edən milli messencer tətbiqini işə saldığını bildirib. Tənqidçilər istifadəçi məlumatlarını təhlükəyə ata biləcəyi barədə xəbərdarlıq ediblər.

Tacikistan hökumətinin rabitə xidməti verdiyi açıqlamada ORIZ tətbiqinin istifadəyə verilməsinin "Tacikistanın rəqəmsal müstəqilliyinə doğru mühüm addım" olduğunu bildirib.

Tətbiqin qismən Telegram və WhatsApp-a girişin məhdud olduğu Rusiyada çalışan milyonlarla tacik miqrantına yönələcəyi və bütün istifadəçi məlumatlarının Tacikistan daxilində saxlanılacağı bildirilib.

"Xarici şəbəkələrdən asılılıq informasiya təhlükəsizliyinə zərər verə bilər", - deyə bildirilib.

Keçmiş Sovet respublikalarının ən kasıbı olan Tacikistan 1990-cı illərin əvvəllərindən bəri vətəndaş müharibəsi zamanı hakimiyyətə gələn və ölkənin siyasətini sərt nəzarət altında saxlamağa davam edən prezident Emoməli Rəhmon tərəfindən idarə olunur.

Son illərdə bir neçə postsovet ölkəsi regionda geniş istifadə olunan WhatsApp və Telegram-ı əvəz etmək üçün milli messencer xidmətlərinin işə salınmasına maraq göstərib.

Rusiya rəsmiləri Moskvanın dövlət tərəfindən dəstəklənən MAX messencerini təbliğ edir, Qazaxıstan isə Aitu tətbiqi ilə eyni şeyi edib.

Reportyor.az



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:03