mobil versiya

Hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə olunan gəlirlər 3 milyard manata yaxınlaşıb



Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından 2,945 milyard manat gəlir əldə edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 529,2 milyon manat və ya 15,2% azalma deməkdir.
Hesabat dövründə hava nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 1,666 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% azdır.

Eyni zamanda dövr ərzində hava nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan gəlir isə 1,278 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 16,9% azdır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 288,3 min ton yük (8,2% az) və 3,105 milyon sərnişin 1,5% çox) daşınıb.(trend)

Reportyor.az




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:29