mobil versiya

Hazırda ümumvətəndaş pasportları olan şəxslərin vizasız gediş-gəlişi üçün 5 ölkə ilə danışıqlar aparılır - Nazir



Vətəndaşlarımızın rahat gediş-gəlişi üçün viza rejimin sadələşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, qarşılıqlı prinsip əsasında və bütün elementlər nəzərə alınmaqla bu ölkələrin siyahısında artım müşahidə edilir:
"Hazırda ümumvətəndaş pasportları olan şəxslərin vizadan azad olunması istiqamətində 5 ölkə ilə danışıqlar aparılır. Vətəndaşlarımız üçün gediş-gəlişin sadələşdirilməsi icazəsi təhlil edilir və qarşlıqlı prinsip əsasında bütüm elementlər nəzərə alınmaqla bu ölkələrin sayında artım müşahidə edilir. Albaniya, Serbiya, BƏƏ, Qətər, Mərakeş, Çİn ölkələrinə vətəndaşlarımız üçün vizasız gediş-gəliş tətbiq edilib. 2025-ci ildə diplomatik və xidməti pasport sahiblərinin visadan azd edilməsi üçün 10 saziş imzalamışıq".(trend)


Reportyor.az 


KARUSEL / SİYASƏT
Tarix: 26-12-2025, 17:28