Arvadını bıçaqlayıb özü intihar etdi

Baş Prokurorluq yanvarın 25-də Xətai rayonunda törədilmiş cinayət hadisəsi ilə bağlı məlumat yayıb.
Bildirilir ki, yanvarın 25-də Xətai rayonu ərazisində Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Yerli mediada gedən məlumata görə, hadisə Ağ Şəhərdəki binalardan birində baş verib. E.Əlizadə Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğludur.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: 27-01-2026, 12:17



























