Arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs intihar edib
"Bakının Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində 2 şəxsin ölməsi barədə məlumat daxil olub”.
Reportyor.az xəbər verir ki, bu barədə Nizami Rayon Prokurorluğu məlumat yayıb. Araşdırma zamanı 1954-cü il təvəllüdlü Azər Rəfiyevin birgə yaşadıqları mənzildə arvadı 1961-ci il təvəllüdlü İradə Rəfiyevaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 30-10-2024, 09:00