mobil versiya

Biləsuvarda 25 yaşlı qadın əri tərəfindən qətlə yetirilib



Biləsuvarda qadının qətlə yetirilməsi faktına görə cinayət işi başlanıb.
Bu barədə Biləsuvar Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, sözügedən rayonda 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 26-03-2024, 17:15